XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

01 May 2017 - 20:08

Türkiyənin hakim partiyası fövqəladə qurultaya toplaşır –Ərdoğan partiya sıralarına qayıdır  

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) mayın 21-də 3-cü fövqəladə qurultayını keçirəcək.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bununla bağlı qərar AKP-nin Mərkəzi İdarə Heyətinin mayın 1-də keçirilən toplantısında qəbul edilib.

Qeyd edək ki, konstitusiyaya edilən dəyişikliklərə əsasən, artıq Türkiyə prezidenti siyasi partiyaya üzv ola bilər. Fövqəladə qurultayda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən AKP sədri olması məsələsinə baxılacaq.

Xatırladaq ki, R.T.Ərdoğan 2001-ci il avqustun 14-dən 2014-cü il avqustun 27-dək bu partiyanın üzvü olub. O, prezident seçildikdən sonra qanunun tələbi ilə AKP-dən çıxıb.