XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 May 2017 - 21:55

İranın kənd təsərrüfatı məhsullarının35 %-i çirklənib

İranın kənd təsərrüfatı məhsullarının 35 faizi kimyəvi cəhətdən çirklənib.

Trend-in məlumatına görə, bunu İran Məclisinin Səhiyyə Komissiyasının üzvü Behruz Bonyadi deyib.

Onun sözlərinə görə, İranda kənd təsərrüfatı sahəsində pestisidlər və antibiotiklərdən həddən artıq istifadə olunduğuna görə, kənd təsərrüfatı məhsullarında mikroblara qarşı dayanıqlılıq yaranıb, bu isə insan sağlamlığı üçün təhlükə yaradır.

B.Bonyadi deyib ki, İran orqanik kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə başlamalıdır.