XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

01 May 2017 - 22:32

Tramp Kim Çen Inləgörüşməyə hazırdır

ABŞ Prezidenti Donald Tramp, əgər məqsədəuyğun olarsa, KXDR lideri Kim Çen Inlə görüşməyə hazırdır.

Azərtac xəbər verir ki, Tramp bunu Bloomberq televiziyasının xəbərlər xidmətinə müsahibəsində deyib.

Telekanal qeyd edir ki, bu sözlər Pxenyanın nüvə proqramı ətrafında artan gərginlik fonunda səslənib. Kim Çen In atasının ölümündən sonra heç bir xarici liderlə bir dəfə də olsa, görüşməyib və öz ölkəsinin hüdudlarından kənara ayaq basmayıb.

“Siyasətlə məşğul olan insanların əksəriyyəti heç vaxt belə deməzdilər, amma mən sizə deyirəm, şərtlər münasib olarsa, mən onunla görüşərdim, – deyə Tramp bildirib. – Buyurun, bu da sizin üçün təzə xəbər”.