XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

02 Aprel 2015 - 13:38

İranın müdafiə naziri amerikalı həmkarını kəskin tənqid etdi

“Karter Altsheymer xəstəliyindən əzab çəkmirsə…”

Картинки по запросу hoseyn dehkan

İranın müdafiə naziri Hüseyn Dehkan amerikalı həmkarı Eşton Karterin indiki danışıqların uğurla nəticələnməyəcəyi halda hərbi alternativin gerçəkləşəcəyi barədə sözlərini kəskin şəkildə tənqid edib.

Strateq.az xarici mətbuata əsasən xəbər verir ki, Dehkan bu cür bəyanatların boş və cansıxıcı olduğunu bildirib: “Belə bəyanatlar sazişin əldə edilməsində qarşılıqlı inamın ən önəmli amil olduğu vaxtda yalnız atmosferi tutqunlaşdırır. İran düşməncəsinə hərəkəti dəf etməyə həmişə hazırdır və sərt cavab verə bilər. Karter Altsheymer xəstəliyindən əzab çəkmirsə, ABŞ-ın bölgədə və dünyadakı keçmiş və indiki məğlubiyyətlərini yaxşı xatırlayar və belə bəyanatlar verməkdən özünün saxlayardı”.