XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 November 2015 - 21:54

Rusiya Suriyada 4-cü hərbi bazasını yaratdı

 

Bir çox dövlətlər Rusiyanı ancaq “mülayim” müxalifətə qarşı mübarizə aparmaqda günahlandırırdı. Suriyadan gələn son xəbərlər isə Moskvanın yaxınlarda İŞİD-ə qarşı ciddi hərbi əməliyyata başlayacağından xəbər verir.

Strateq.az-ın xəbərinə görə, indiyə qədər İŞİD-in əlində olan Palmira yaxınlıqlarında Rusiya öz hərbi bazasını qurub. Xəbəri “nbcnews” telekanalı yayıb.

Telekanal xəbər verir ki, bu, Rusiyanın Suriyada qurduğu 4-cü hərbi bazasıdır. İlk bazasını Lazkiyədə quran Rusiya daha sonra Xama və Xümsdə də öz hərbi obyektini yaratmışdı.

Palmiranın yaxınlığındakı Tiyasda qurulan 4-cü hərbi bazaya 5 döyüş vertalyotu gətirilib. Məqsəd İŞİD hədəflərini daha rahat vurmaqdır.