İsrail Rusiya-İran əməkdaşlığından narahatdır.
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu bildirib.
“Rusiya-İran əməkdaşlığı bizi çox narahat edir. Mən prezident Putinə də demişəm ki, İran tək bizim üçün yox, sonda, sizin üçün də təhlükə mənbəyidir”, – deyə Netanyahu bildirib.
Netanyahu, həmçinin, İranın Suriyada hərbi nöqteyi-nəzərdən möhkəmlənməsinə yol verməməyə çağırıb: “Əgər İran öz planlarını gerçəkləşdirə bilsə, yəni Suriyanın Aralıq dənizindəki dəniz limanlarından birini nəzarətə götürsə, onda İsrailin dəniz yolları boyunca İranın sualtı qayıqları üzməyə başlayacaq”.