XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

03 May 2017 - 14:42

Türkiyə prezidenti Rusiyadarəsmi səfərdədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyada rəsmi səfərdədir.

“Report” "Ajanshaber"ə istinadən xəbər verir ki, Türkiyə prezidentinin göyərtəsində olduğu TUR özəl təyyarəsi Bakı vaxtı ilə saat 13:45-də Soçi şəhərinə enib. 

Rəcəb Tayyib Ərdoğanı səfər zamanı baş nazirin müavini Mehmet Şimşek, xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii ehtiyatlar naziri Berat Albayrak, iqtisadiyyat naziri Nihat Zeybekçi, müdafiə naziri Fikri İşık və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı rəisi Hulusi Akar müşayiət edir. 

Türkiyə prezidenti mayın 3-də rusiyalı həmkarı Vladimir Putinlə təkbətək görüşəcək. Bunun ardınca prezidentlər, onları müşayiət edən rəsmi şəxslər birlikdə işgüzar nahar edəcək, sonra heyətlər arasında görüş olacaq.