XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

03 May 2017 - 16:43

“Microsoft” yeni əməliyyat sisteminitəqdim edib

“Microsoft” şirkəti yeni “Windows 10 S” əməliyyat sistemini rəsmən təqdim edib. Proqram platforması ucuz kompüterlərdə istifadə üçün nəzərdə tutulub və “Google Chromebook” noutbuklarına rəqibdir.

Azərtac “macdigger.ru” saytına istinadən bildirir ki, “Windows 10 S” sistemi yalnız “Windows Store” proqramlar mağazasından “Win32”, həmçinin “Universal Windows Platform” (UWP) proqramlarını işə salmağa imkan verir. Bu, sözügedən sistemi “Windows 10” əməliyyat sistemindən fərqləndirir, ikincisi, çoxlu sayda UWP proqramlarının yaradılmasına səbəb olacaq. Bu isə proqram nəhəngi üçün son dərəcə vacibdir, çünki məhz UWP proqramları çox platformalıdır.

“Windows 10 S” sisteminin arxitekturası həmin “Windows 10” proqram platformasıdır, sadəcə, onun funksiyalarının bir hissəsi blok edilib.

Təxminlərə görə, “Windows 10 S” sistemi “Windows”un daha sürətli işləyən versiyası olacaq. Həmçinin “Windows 10” sistemi ilə müqayisədə daha tez açılacaq.

Sistemin əsas brauzeri “Edge”dir, bundan başqa “Windows 10 S” platforması “Windows Store” mağazasında əlçatan istənilən brauzerdən istifadəyə imkan verəcək. Yeni sistemdə başlanğıc ayar kimi “OneDrive” “bulud” xidməti ilə aktiv sinxronlaşdırma imkanı mövcuddur.

“Windows 10 S” əməliyyat sistemi ilk növbədə şagird və tələbələrə hədəflənib.