XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 May 2017 - 17:42

ABŞ bir həftədə qitələrarası ballistik raketiniki sınağını keçirib

ABŞ hərbçiləri bir həftə ərzində Minuteman III qitələrarası ballistik raketinin iki test sınağını keçiriblər.

Azərtac xəbər verir ki, Fox News telekanalının ABŞ Hərbi Hava Qüvvələrinin bəyanatına istinadla yaydığı məlumata görə, raket bu gün yerli vaxtla saat 3:00-da (Bakı vaxtı ilə 14:00) Kaliforniya ştatındakı Vandenberq bazasından buraxılıb. O, 4 min mildən çox məsafə qət edərək Marşall adaları yaxınlığında Sakit okean sularına düşüb. Bu sınaqların illik plan əsasında keçirildiyi və Koreya yarımadasında vəziyyətlə bağlı olmadığı bildirilir.

Raketin bundan əvvəlki sınağı aprelin 26-da keçirilmişdi.

Miunuteman III ballistik raketi 12 min kilometr radiusda hədəfləri vurmağa qadirdir. ABŞ ordusunda 450 belə raket var və onlar silahlanmada azı 2020-ci ilədək qalacaq.