XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 May 2017 - 18:18

Bu ölkədə uşaqlara4 ad və ikili soyad veriləcək

Finlandiya ad və soyad seçiminə dair qanunvericiliyini yeniləyir.

“Yle” teleşirkəti xəbər verir ki, yeni qanun uşaqlara dörd ad və valideynlərinin ümumi ikili soyadını verməyə imkan yaradır. Ədliyyə Nazirliyinin işçi qrupu bununla seçim azadlığını genişləndirməyi təklif edir.

Yeni qanuna görə, uşaqlara hazırda qüvvədə olan üç ad əvəzinə dörd ad, habelə valideynlərinin müxtəlif soyadlarından ibarət ikili soyad vermək mümkün olacaq.

Uzun müddət bir yerdə yaşayan, amma rəsmən evli olmayan cütlüklər ümumi soyad götürmək hüququ əldə edəcəklər(azərtac).