XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 May 2017 - 18:35

“Apple Watch”un satışıikiqat artıb

“Apple” şirkətinin baş direktoru Tim Kuk korporasiyasının illik gəlirləri barədə hesabat təqdim edib.
 
İKT.lent.az-ın “actualnews.org” saytına istinadən məlumatına görə, Tim Kuk bildirib ki, “Apple Watch” “ağıllı” saatlarından gəlirlər iki dəfə artıb.  

Bu günə qədər Kupertinodan olan şirkət bu cihazlara olan alıcılıq tələbatını gizlədirdi və onlar “Apple TV”, “AirPods”, “Beats” kimi aksesuar cihazlar bölməsinə daxil edilib. 

Mütəxəssislər hesab edirlər ki, “Apple” bilərəkdən gəlirləri barədə məlumatları gizlədib ki, “SmartWatch”u dəstəkləməkdən imtina edən “eBay”, “Amazon”, “Google” kimi şirkətlərlə “hesab çürütsün”. Proqnozlara görə, yaxın zamanlarda şirkətin səhmləri dəyişə bilər. Buna səbəb mobil cihazlar bazarı ilə bir araya sığmayan bir sıra kənar problemlərdir. 

Gəlirlərdən danışarkən T.Kuk dəqiq rəqəmlər deməyib və ancaq müqayisəli analoqlar misal çəkib. Məsələn, o, “AirPods”, “Beats headphones” və “Apple Watch” şirkətlərinin satışlarından gələn gəlirləri “Fortune 500” şirkətinin dəyəri ilə müqayisə edib.