Rumıniya müdafiə nazirliyinin məlumatına əsasən, NATO-nun “Noble Jump – 2017” adlı genişmiqyaslı hərbi təlimləri Bolqarıstan, Rumıniya və Yunanıstanda cari ilin iyun ayından başlayaraq keçiriləcək.
Təlimlərdə NATO-ya üzv olan 11 ölkədən – Albaniya, Bolqarıstan, Böyük Britaniya, Yunanıstan, İspaniya, Latviya, Niderland, Norveç, Polşa, Rumıniya və ABŞ-dan hərbiçilər iştirak edəcək.