XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

03 May 2017 - 19:09

Ərdoğan:"Putinlə danışıqların nəticələrini bir neçə gündən sonra görəcəksiniz"

Rusiya Prezidenti ilə aparılan danışıqların nəticələri bir neçə gündən sonra görünəcək.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra mətbuat konfransında bildirib.

Dövlət başçısı qeyd edib: "Bu gün biz iqtisadi, ticari və digər məsələləri müzakirə etdik, iqtisadi sahədə birgə qərar və addımlarımıza yenidən baxdıq".

R.T.Ərdoğan deyib ki, "Türk axını" və "Akkuyu" AES layihələri də davam etdiriləcək.

O, əlavə edib ki, Türkiyə və Rusiya terrorizmlə birgə mübarizə aparacaq.