XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 May 2017 - 19:42

Suriya müxalifəti Astanada danışıqlarmasasını tərk etdi

Suriyanın silahlı müxalifəti Astanada keçirilən danışıqlarda iştirakdan imtina edib.

Suriya münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə keçirilən danışıqlardan imtinaya səbəb Əsəd qüvvələrinin müxalifətin nəzarətində olan əraziləri bombalamasıdır.

“Hətta biz danışıqlar masası arxasında olanda belə, Homs və Dəraya aviazərbələr endirilib. Bu xəbəri eşidən kimi zalı tərk etdik”, – deyə müxaliflərin təmsilçisi Üsama Əbu Zeyd bildirib.

Suriyaya dair danışıqlar üzrə ali komitənin məsləhətçisi Yəhya əl-Aridi məsələyə aydınlıq gətirərək qeyd edib ki, müxalifət danışıqları dayandırıb, ondan birdəfəlik imtina etməyib.

Və hərbi vəziyyət normallaşacağı təqdirdə, heyət danışıqlar masasına qayıda bilər: “Dialoqdan birdəfəlik imtina etmirik”(azadliq.info).