çeçenistan prezidenti Ramzan Kadırov ona sui-qəsd hazırlayan silahlı dəstə ilə bağlı açıqlama verib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Kadırov sui-qəsdlə bağlı sifarişin Suriyadan gəldiyini deyib. Onun sözlərinə görə, dəstə oradan gələn sifarişi icra edib.
Xatırladaq ki, noyabrın 1-də 20 nəfər gəncdən ibarət dəstə Kadırova sui-qəsd ittihamı ilə saxlanılıb. Tez-tez paytaxt Qroznıdakı məscidlərin birində toplaşan dəstəyə İŞİD üzvü olan İlyas Xizriyev rəhbərlik edir.