XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 May 2017 - 22:43

Avropa Liqası:"Ayaks" "Lion"u böyük hesabla məğlub edib

Futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.

"Report"un məlumatına görə, ilk oyun günündə Hollandiya "Ayaks”ı Fransa "Lion”unu qəbul edib. "Amsterdam Arena"da keçirilmiş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:1. Qollardan 2-ni Bertrand Traore vurub.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyununda İspaniyanın "Selta" klubu İngiltərə "Mançester Yunayted"ini qəbul edəcək. Oyun mayın 4-də keçiriləcək. Cavab görüşləri isə mayın 11-də olacaq.

Avropa Liqası

Yarımfinal, ilk oyun

3 may

20:45. Ayaks (Hollandiya) – "Lion” (Fransa) – 4:1

Qollar: Bertrand Traore, 25; 71. Kasper Dolberq, 34. Amin Yunes, 49 – Matyö Valbuena, 66

Baş hakim: Canluka Rokki (İtaliya)

"Amsterdam Arena”