XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

02 Aprel 2015 - 16:40

Husilər Ədənə tam hakim oldular

Hər keçən dəqiqə Yəməndən bir-birindən fərqli xəbərlər gəlir. Bu gün səhər verilən məlumatlarda husilərin Səudiyyə təyyarələrinin ağır bombardımanı altında Ədəndən çəkildiyi bildirilirdi. Az öncə isə tamamilə fərqli bir xəbər yayıldı. Xəbərə görə, husilər Ədəndəki prezident sarayını ələ keçiriblər.

Foto-rəsmlərlə təsdiqlənən məlumat onu deməyə əsas verir ki, Səudiyyə Ərəbistanı və digər Yaxın Şərq ölkələrinin Avropaya nəql etdikləri neft marşrutu üzərində yerləşən Ədən ən mərkəzi nöqtələrinə qədər tamamilə zeydi silahlılarının əlindədir.