XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 May 2017 - 12:29

“Cavabsız buraxdığı bu suallarla qarşı-qarşıya qalacaq” –AKP-dən Abdulla Gülün siyasətə dönüşünə reaksiya

Sabiq prezident Abdulla Gül yenidən aktiv siyasətə qayıtmaq niyyətindədir.

O, bu barədə açıqlama verməsə də, Türkiyə mediasında onun prezidentliyə iddialı olduğu barədə məlumatlar yayılır. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası sabiq prezidentdən bir açıqlama verərək adı ətrafında baş verən spekulyasiyalara son qoymasını gözləyir.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, AKP-nin parlamentdəki deputat qrupunun rəhbəri Mustafa Əlidaş Abdulla Gülün bu məsələyə münasibət bildirməsini, fərziyyələrin səslənməsinə imkan verməməsini vacib sayır:

“Abdulla Gül konkret olmadığı üçün belə fərziyyələr ortaya çıxır. Əgər narahatdırsa, bu səsləndirilənlərə dəqiq münasibət bildirməsi lazımdır. Yox, əgər narahat deyilsə, cavabsız buraxdığı bu suallarla qarşı-qarşıya qalacaq. Mənim tanıdığım Abdulla Gül bu məsələlərə cavab verməlidir”.

Mustafa Əlitaş Prezident Ərdoğanın “Davadan ayrılanlar islah olmayıb” mesajını xatırladaraq bu mesajın ünvanına çatdığını bildirib:

“Xəyanət yolu tutaraq özünü məhv edənləri bu gün kim tanıyır? Hörmətli prezidentin verdiyi mesajın ünvanına çatdığı qənaətindəyəm”.

Xatırladaq ki, sabiq prezident Abdulla Gül Ərdoğanın yenidən partiya üzvü olması üçün təşkil edilən AKP-nin sonuncu toplantısında görünməyib. Bu, eləcə də onun siyasətə gələcəyi haqda fikirlər hakim partiyada ciddi narazılıq yaradıb.

Cümhuriyyət Xalq Partiyasınin sabiq sədri Dəniz Baykal isə 2019-cu ildə keçiriləcək prezident seçkilərində güclü namizədlər arasında Abdulla Gülün də ola biləcəyini qeyd edib. Məhz bu səbəbdən hakim partiya Abdulla Gülün bu məsələ ilə bağlı ortaya mövqe qoymasını istəyir.

Qeyd edək ki, Abdulla Gül AKP-nin qurucularındandır.