XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

02 Aprel 2015 - 17:58

Türkiyəyə qarşı 3 mərhələli plan
Türkiyənin “Vətən” qəzetində yer alan xəbərə görə, terrorçular 3 mərhələli sui-qəsdlər hazırlayıb.
Plana görə, yaxın günlərdə 3 terror hücumu həyata keçirilməsi planlaşdırılır. Birinci hücumda son hadisələr zamanı öldürülən terrorçuların qisasını almaq üçün polis bölmələri hədəfə alınıb. İkinci hücumda isə stratejik məkanlar partladılacaq. Nəhayət, sonuncu hücumda isə siyasətçilərə və ölkənin tanınmış insanlarına qarşı sui-qəsdlər həyata keçiriləcək.
İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) də açıqlama vermişdi ki, hücumlarımız zamanı polis müdaxilə edərsə, silsilə terror aktları törədiləcək.
Qeyd edək ki, İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) adlandırılan terror təşkilatının üzvləri çırağan ədliyyə binasına girərək prokuror Səlim Kirazı iş otağında girov götürmüş və öldürmüşdü. ötən gün isə qadın terrorçu polis bölməsinə hücum etmişdi. Həri iki hücumda terrorçular məhv edilib(Anspress).