XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 May 2017 - 11:08

Tramp Fələstin liderini qəbul etdi:“Biz bu işi görüb qurtaracağıq”

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Fələstinlilərin lideri Mahmud Abbası qəbul edib.

Liderlər Yaxın Şərq sülh prosesində diplomatik inkişafa nail olunması səylərini müzakirə edib.

Donald Tramp və Mahmud Abbas arasında görüş səmimi şəraitdə keçib. Lakin Amerika prezidentinin mesajı kəskin olub: Birləşmiş Ştatlar şərtləri diktə etməyəcək, fələstinlilər və israillər razılığın əldə oluması üçün birgə işləməlidir.

 “Mən moderator, arbitr, ya da vasitəçi olmaq istəyərdim və biz bu işi görüb qurtaracağıq” –deyə ABŞ prezidenti Donald Tramp bildirb.

Fələstinlilərin lideri deyib ki, onun xalqı bütün dünyada hələ də işğal altında yaşayan yeganə xalqdır:  “Mən inanıram ki, biz sizin rəhbərliyiniz, qətiyyətli liderliyiniz və müdrikliyiniz, böyük vasitəçilik qabiliyyətləriniz, eləcə də Allahın köməkliyi və bütün səylərimizlə tarixi sülh razılaşmasına nail olmaq üçün həqiqi tərəfdaş ola biləcəyik.”

Görüşdən sonra nahar yeməyi zamanı Tramp Mahmud Abbasa deyib ki, sülhə nail olunması bəlkə də “insanların uzun zamandır düşündüyü qədər çətin olmaya bilər”. Nahar yeməyində vitse-prezidenti Mayk Pens və dövlət katibi Reks Tillerson da iştirak ediblər.

Sülh prosesində dönüşə nail olmaq qarşısında böyük maneələr Trampdan əvvəlki prezidentlər üçün ciddi çətinliklər yaratmışdı. Bununla yanaşı, Abbas özünün mənsub olduğu Fətah partiyasında və Qəzza zolağına nəzarət edən rəqib Həmas qrupu tərəfindən ciddi sınaqlarla üzləşir.

Sülh prosesində inkişafa nail olunması uzun vaxt ala bilər. Lakin Yaxın Şərqdə diplomatik müzakirələrə cəlb olunmuş vasitəçilərin çoxu status-kvo vəziyyətinin baha başa gəldiyini deyərək, bu səylərə ümidsiz baxmır. ("Amerikanın səsi")