XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 May 2017 - 12:26

Xamneyi Gülüstandakı mədəndə həlak olan azərbaycanlıların ailələrinə başsağlığı verdi –“Bu müsibət məni son dərəcə kədərləndirdi”

İranın ali dini lideri Xamneyi Gülüstan vilayətindəki  mədəndə baş vermiş partlayışda həlak olanların ailələrinə başsağlığı verib.

Strateq.az İRİB-ə istinadən bildirir ki, Xamneyi müraciətində qeyd edib ki, mədəndə problemlə üzləşənlərin xilası  üçün bütün mümkün addımlar atılmalıdır: “Bir qrup zəhmətkeş mədənçinin həlak olduğu, digər bir qrup mədənçinin də problemlə üzləşdiyi Gülüstan vilayətindəki mədəndə baş vermiş ürəkağrıdıcı və müsibətli hadisə məni son dərəcə kədərləndirdi”.

Xatırladaq ki, dünən İranın Gülüstan vilayətinin Azadşəhr şəhərindəki "Zemestan Yurt" daş kömür mədənində baş vermiş partlayış hadisəsi nəticəsində indiyədək 22 mədənçi həlak olub, 70-dən çox insan da yaralanıb. Daha 35 digər mədənçinin xilas edilməsi əməliyyatı davam edir.