XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 November 2015 - 07:56

ABŞ və Britaniya kəşfiyyatı : “İŞİD Rusiya təyyarəsinə bombanı baqajda keçirib”

qeza teyare.jpg

ABŞ və Böyük Britaniya kəşfiyyat xidmətləri sputiniklə izləmənin vasitəsi ilə birgə keçirdikləri əməliyyat  nəticəsində İŞİD- in Rusiya təyyarəsinə bomba qoyması barədə məlumatları tuta bilib.

Strateq.az bildirir ki, bu barədə “The Times” qəzeti xəbər yayıb.

Məlumata görə, xüsusi xidmət əməkdaşları İŞİD-in Sinay yarmadasında olan üzvləri arasında elektron yazışmaları ələ keçiriblər. Bu yazışmalarda qeyd olunur ki, bomba qəzaya uğramış Rusiya təyyarəsinə baqaj vasitəsi ilə keçirilib.   

Bundan sonra Şarm-əl Şeyxi tərk edən turistlərin baqajı ayrıca bir təyyarə ilə göndəriləcək.