XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 May 2017 - 13:15

Rusiya:“Suriyada kimyəvi silahdan istifadənin təxribat olması barədə subutlarmız var”

“Apreldə Suriyanın Xan-Şeyxun rayonunda kimyəvi silahdan istifadə faktı təxribat olub. Bununla bağlı Rusiyanın əlində təkzibolunmaz subutlar var”.

Strateq.az bildirir ki, bu sözləri prezident Putinin xüsusi nümayəndəsi, Suriya ilə bağlı Astanada keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Aleksandr Laverentyev deyib.

“Bu, Suriya torpağına sülhün gəlməsində marağı olmayan şəxslərin və strukturların xalis təxribatı idi. Təəssüf ki, bizim bütün izahlarımız, subutlarımız Qərb tərəfindən anlaşılmazlıqla qarşılanır”.   

Lavrenteyev bildirib ki, Rusiya qərb dövlətlərinin Suriya hakimiyyətinə olan münasibətini dəyişdirmək üçün səylərini davam etdirəcək.  

Xatırladaq ki, aprelin 4-də Suriya müxalifəti  İdlib əyalətində kimyəvi silah tətbiqi ilə bağlı 80 nəfərin həlak olduğu, 200 nəfərin yaralandığını bəyan etmişdi. Müxalifət kimyəvi hucumda Suriya hakimiyyətini günahlandırmışdı.