XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

06 Noyabr 2015 - 08:22

Baltik ölkələri sovet işğalına görə Moskvadan təzminat tələb edir – Memorandum

 

pribaltika.jpg

Baltik ölkələri sovet işğalına görə Rusiyadan təzminat tələb edirlər.

Strateq.az bildirir ki, bununla bağlı Litva, Latviya və Estoniya ədliyyə nazirləri memorandum imzalayıb. Məlumatı Estoniya XİN-nin mətbuat xidmətinin rəhbəri Urmas Reynsal yayıb.

Sənəddə qeyd olunur ki, Baltik respublikaları Rusiyanı SSRİ-nin hüquqi varisi kimi  sovet işğalına görə cavabdeh sayırlar.

Memorandumu imzalayanlar sovet işğalı zamanı vurulmuş ziyanın qiymətləndirilməsi, Rusiya qarşısında qaldırılan tələbələrin hüquqi bazası  üçün metodikanın işlənməsi barədə razılığa gəliblər.

Baltik ölkələrinin ədliyyə nazirləri həmçinin SSRİ işğalından əzab çəkmiş şəxslərin kollektiv iddialarının qaldırılması üçün imkanları araşdıracaq.

X. SƏFƏRLİ