XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

05 May 2017 - 19:23

Çin istehsalı olan ən böyük avialaynerilk dəfə havaya qalxıb

Çin istehsalı olan yeni sərnişin təyyarəsi mayın 5-də ilk uçuşunu həyata keçirib. İki mühərrikli C919 təyyarəsi göyərtəsində 5 ekipaj üzvü ilə Şanxayın beynəlxalq “Pudun” aeroportundan havaya qalxıb.

Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, avialaynerin hazırlanması və istehsalı ilə “Commercial Aircraft Corp. of China (Comac)” konserni məşğuldur. Avialaynerin adındakı “C” hərfi Çini (China), həm də “Comac”ı təmsil edir, 9 rəqəmi Çin mədəniyyətində “əbədilik” simvolu, 19 rəqəmi isə təyyarədə maksimal sərnişin yerinə işarədir – 190.

Standart uçuş məsafəsinin 4075 kilometr olduğu dar füzelyaja malik C919 “Airbus A320” təyyarəsinin modifikasiya edilmiş versiyası və “Boeing-737” təyyarəsinin yeni nəsli ilə müqayisə olunur.

Beləliklə, Çin qlobal aviasiya bazarına çıxır, həmçinin Avropa, ABŞ və Rusiya ilə yanaşı, böyük avialayner istehsalçıları siyahısında dördüncü yerə yüksəlir. Bir qədər əvvəl “Comac” 23 yerli və xarici aviaşirkətdən 500-dən çox təyyarə üçün sifarişlər aldığını bildirib. Xüsusən “China Eastern Airlines” bu təyyarələrə daha böyük maraq göstərir.

Təyyarənin hazırlanmasına hələ 2008-ci ildən başlasa da, istehsal bir neçə dəfə təxirə salınıb. Yerli KİV-lərin məlumatına əsasən, yeni avialayner təxminən 50 milyon dollara başa gəlir ki, bu da “Boeing-737” və ya “A320” təyyarələrinin qiymətindən iki dəfə ucuzdur.