XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

05 May 2017 - 19:36

Trampın ilk rəsmi səfər planı:Səudiyyə Ərəbistanı, İsrail və Vatikan

ABŞ Prezidenti Donald Tramp mayın 4-də söz və dini azadlıq barədə fərman imzalayıb. O, həmçinin mayın sonlarında ilk rəsmi səfər edəcəyi ölkələrin adlarını da açıqlayıb. Buraya Səudiyyə Ərəbistanı, İsrail və Vatikan daxildir.

Azərtac Euronews telekanalına istinadla xəbər verir ki, Donald Tramp üç səmavi dinlərin nümayəndələrini terrorla mübarizədə birləşdirməyə can atır: “Bu səfərlər NATO-ya üzv ölkələrin və “Böyük yeddilik” üzvlərinin görüşündən əvvəl baş tutacaq və Səudiyyə Ərəbistanında bütün İslam dünyasının liderləri ilə əsil tarixi görüşlə başlayacaq. Məhz bu yolla ekstremizm, terrorizm və zorakılığa qarşı mübarizədə müsəlman müttəfiqlərimizlə əməkdaşlıq və dəstək üçün yeni bünövrə qoyacağıq”.

ABŞ-ın Səudiyyə Ərəbistanı və İsraillə münasibətləri Barak Obamanın prezidentliyi dövründə gərginləşib. Donald Tramp dəfələrlə Obamanın İranla həm Səudiyyə Ərəbistanının, həm də, İsrailin narahatlığına səbəb olan nüvə sövdələşməsini tənqid edib və onu pozacağıni bildirib.

Tramp, həmçinin İsrail və Fələstin arasında zorakılığın bitməsi və sülh sazişinə nail olunması üçün səylərini artırmaq niyyətində olduğunu da bəyan edib.