XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 November 2015 - 08:43

İsveç son 20 ildə ilk dəfə Rusiyaya «xəyanət» etdi

İsveç son 20 ildə birinci dəfədir ki, Rusiya neftindən imtina edib. Və əvəzində Səudiyyə Ərəbistanından neft alıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, İsveçin «Preem» şirkəti noyabrın sonlarında Səudiyyədən neft alışını davam etdirib-etdirməyəcəyinə qərar verəcək.

Həmin vaxta qədər isə Səudiyyə neftinin Rusiya nefti ilə rəqabətə girib-girmədiyini müəyyənləşdirəcək. 

«Reuters»in məlumatına görə, Səudiyyə krallığı bu ilin dekabrından başlayaraq ABŞ və Avropa ölkələri üçün bütün növ neft məhsullarının qiymətini endirəcək. Asiyadan olan müştəriləri üçün isə qiymətləri bahalaşdıracaq.