XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 May 2017 - 21:48

Baş nazir istefa qərarından daşındı- Çexiyada

Çexiyanın baş naziri Boquslav Sobotka istefa vermək və hökuməti buraxmaq fikrindən daşınıb.

Bunun əvəzinə Sobotka Nazirlər Kabinetinin tərkibində dəyişiklik etməyə qərar verib. Qərara əsasən baş nazirin müavini, eyni zamanda Çexiyanın maliyyə naziri Andrey Babiş istefaya göndəriləcək.

Baş nazirin fikrincə, bu qərar hökumət daxilindəki mübahisələrə son qoyacaq.

Sobotka fikrini prezident Miloş Zemanın onun istefa qərarı ilə razılaşmamasından sonra dəyişib. Çünki bu halda Babiş hökumətdə təmsilçiliyini davam etdirməli idi.

Xatırladaq ki, Andrey Babişin vergidən yayınması ilə bağlı qalmaqaldan sonra Sobotka vəzifəsini tərk edəcəyini açıqlamışdı(azadliq.info).