XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

05 May 2017 - 22:11

Türkiyədə təhlükəsizlik idarəsinin müdiriFETÖ işi üzrə rüşvət alıb

Türkiyənin Mersin əyalətinin Erdemli rayon təhlükəsizlik idarəsinin müdiri Əli Doğan və adı açıqlanmayan A.E. 70 min lirə (25 min 278 dollar) məbləğində rüşvət almaqda şübhəli bilinərək tutulublar.

“Report” DHA-ya istinadən xəbər verir ki, onlar bir nəfəri Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı istintaqdan qurtaracaqlarını vəd ediblər.

Mersin əyalət prokurorluğu FETÖ ilə əməkdaşlıqda ittiham edərək, həmin adama qarşı cinyət işi açıb. Təhlükəsizlik İdarəsinin müdiri Əli Doğan isə 70 min lirə rüşvət qarşılığında onu istintaqdan qurtaracaqlarını boyun olublar.