XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 November 2015 - 09:57

Məmur büdcədən 150 milyon oğurladığını etiraf etdi: «Oyun qaydaları belə idi..»

Ukraynalı məmur – «Ukrapatent»in direktoru Nelya Polonskaya 2010-2015-ci illər ərzində dövlət büdcəsindən 150 milyon qrivna oğurladığını etiraf edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Polonskaya etiraf məktubu yazaraq İqtisadi İnkişaf Nazirliyinə göndərib.

Məmur qeyd edib ki, büdcənin qarət olunması oyun qaydaları idi və o, bundan kənara çıxa bilməzdi: «Əməlimdən sidq ürəkdən peşmançılıq keçirirəm. Mənə verilən səlahiyyətlərdən istifadə edərək 150 milyon qrivna dövlət vəsaitini oğurlamışam. Bütün ölkə belə yaşayırdı. Oyun qaydaları belə idi və mən də buna uyğunlaşmalı idim».

Polonskaya bildirib ki, dövlət yoxlamaları bütün bunları üzə çıxaracaqdı. Ona görə də özü könüllü şəkildə etiraf etməyə qərar verib ki, məhkəmə bunu yüngülləşdirici hal kimi nəzərə alsın.