XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

06 May 2017 - 10:22

Beynəlxalq Atom Enerjisi Agentliyi Şimali Koreyanın nüvə proqramınınarahatlıqla izləyir

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Şimali Koreyanın nüvə proqramını narahatlıqla izləyir. Nüvə proqramının Şimali Koreya tərəfindən elan edildiyi kimi, irəli aparılmasına dair BAEA-da məlumatlar var.

Bu fikirləri BAEA-nın rəhbəri Yukiya Amano Almaniyanın “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində bildirib.

Şimali Koreya 2009-cu ildə BAEA ilə əməkdaşlığına son qoymasına və bu qurumun ekspertlərini ölkədən çıxarmasına baxmayaraq, beynəlxalq təşkilatın ekspertləri peyk görüntülərinin köməyi ilə rejimin nüvə fəaliyyətini nəzarətdə saxlayırlar. “Əldə edilən bütün məlumatlar göstərir ki, Şimali Koreya bu sahədə tərəqqi edir və bu da bizdə narahatlıq doğurur”, – deyən Y.Amano bu inkişafın nəticəsində yaranan təhlükələrin regionun hüdudlarından kənara aşa biləcəyini bildirib.

Şimali Koreyanın son dövrlərdə nüvə sınaqlarını həyata keçirməsi, xüsusilə də Yaponiyanı, Cənubi Koreyanı, ABŞ-ı nüvə hücumu ilə hədələməsi də ciddi narahatlıqla qarşılanıb. Şimali Koreyanın ən yaxın müttəfiqi olan Çinə qarşı belə aqressiv ritorikadan istifadə etməsi vəziyyəti daha da mürəkkəbləşdirib.

Y.Amano bildirib ki, Şimali Koreyanın apardığı sınaq və qonşu ölkələrə ünvanladığı hədələrin nə dərəcədə ritorika və siyasi dividendlərə hesablanmış aksiya olması barədə fikir yürüdə bilməz. Onun rəhbərlik etdiyi qurumun qarşısında duran əsas vəzifə dünyada nüvə materialının yalnız dinc məqsədlər üçün istifadə olunmasını təmin etməkdir və məhz Şimali Koreyada bu tələb pozulur, nüvə proqramı dinc məqsədlərə xidmət etmir(azərtac).