XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

06 May 2017 - 10:42

Tacikistanla Qırğızıstan sərhədində zəlzələ- 7 bal gücündə

Tacikistanla Qırğızıstan sərhədində mayın 6-ı səhər baş verən zəlzələ 7 bal gücündə qiymətləndirilib. Bişkekdə 3 bal gücündə təkanlar hiss olunub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Qırğızıstan Elmlər Akademiyasının Seysmologiya institutu xəbər verib.

Yeraltı təkanların episentri Düşənbədən 257 km aralı, Qırğızıstanla sərhəddə Tacikistan ərazisində baş verib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.