Gürcüstanın baş naziri Georgi Kvirikaşvili 8-10 mayda ABŞ-a rəsmi səfər edəcək.
Trend TASS-a istinadən xəbər verir ki, baş nazirin səfəri ABŞ-ın vitse-prezidenti Maykl Pensin dəvəti ilə baş tutacaq.
Gürcüstan hökumətinin rəsmi açıqlamasına əsasən səfər çərçivəsində G.Kvirikaşvili Ağ Evdə vitse-prezident M.Pens və dövlət katibi Reks Tillersonla görüşəcək.