Birləşmiş Millətlər Təşkilatı (BMT) miqrasiyanın əsas səbəbini açıqlayıb.
Qurumun hesabatında bildirilir ki, miqrasiyaya sövq edən əsas faktor aclıqdır:
“Aclıq insanları öz evlərini tərk etməyə, qida axtarışına çıxmağa vadar edir. Nəticədə proses kütləviləşir, humanitar böhran yaranır və miqrantları qəbul edən ölkələrin üzərinə ağır yük düşür”.
BMT böhranın aradan qaldırılmasına kömək məqsədilə üzv dövlətləri və özəl donorları kənd təsərrüfatının inkişafına daha çox sərmayə yatırmağa çağırıb.
Qurum hesab edir ki, hazırda dünyada 1945-ci ildən bu yana ən dərin humanitar böhran yaşanır(azadliq.info).