Bir qədər əvvəl Çinin Sinlin dağ silsiləsində qar fırtınasına düşən 37 alpinist xilas edilib.
Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, son məlumata əsasən hadisə nəticəsində iki alpinistin ölüm faktı təsdiqlənib, daha bir nəfər isə itkin düşmüş sayılır.
Çinin Mərkəzi Televiziyası polisin və peşəkar alpinistlər komandasının iştirakı ilə keçirilən axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini bildirir.
Sinlin dağ silsiləsi Qansu əyalətinin cənub-qərb hissəsindən başlayaraq Şensi və Xenan əyalətinə qədər uzanır. Silsilənin ən hündür nöqtəsi Taybaşan dağının 3767 metr hündürlükdə yerləşən zirvəsidir.