XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 May 2017 - 14:23

Yoahim LövÇin yığmasından təklif alıb

Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv Çin yığmasında eyni vəzifəyə təklif alıb.

"Report"un AS nəşrinə istinadən məlumatına görə, 57 yaşlı mütəxəssisə 50 milyon avro məbləğində 2 illik müqavilə təklif olunub. Lövün Almaniya Futbol İttifaqı ilə hazırkı anlaşması 31 iyul 2020-ci ilədəkdir. Onun rəhbərliyi altında Bundestim 2014-cü il dünya çempionatının qalibi olub.

Qeyd edək ki, Almaniya millisi DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alıb. İki komanda arasında martın 26-da Bakıda keçirilmiş ilk görüşdə qonaqlar qalib gəlib – 4:1.