Türkiyə baş nazirinin keçmiş müavini, ölkə parlametinin sabiq sədri Bülənt Arınçın keçmiş ortağı barəsində həbs qətimkan tədbiri seçilib.
“Report” Haber7-yə istinadən xəbər verir ki, o, Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədar həbs olunub.
Bir neçə gün əvvəl Türkiyənin Ankara, Manisa və İzmir bölgələrində FETÖ-ya qarşı keçirilən əməliyyat nəticəsində 13 vəkil tutulmuşdu. Mayın 6-da onların 6-sı zaminə buraxılıb. Bülənt Arınçın keçmiş ortağı B.Y. də daxil olmaqla 7 vəkil barəsində həbs qətimkan tədbiri seçilib.