XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

06 Noyabr 2015 - 11:06

Təyyarə terroru? – Rusiya inkar edir, Obama «ola bilər» deyir

ABŞ prezidenti Barak Obama oktyabrın 31-də qəzaya uğrayan Rusiya təyyarəsinin göyərtəsində bomba olduğunu istisna etməyib. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Obama  ABŞ-ın terakt versiyasına olduqca ciddi yanaşdığını və Qərb kəşfiyyatının buna mütləq aydınlıq gətirəcəyini bildirib. 

Ağ Evin sözçüsü Coş Ernest də bildirib ki, Vaşinqtonun əlində olan məlumatlar terror versiyasını istisna etməyə imkan vermir. 

ABŞ Dövlət Departamenti isə məsələ ilə bağlı bir qədər ehtiyatlı mövqe sərgiləyib. Qurumun rəsmisi Con Kirbi bildirib ki, təhqiqat davam etdiyi üçün Dövlət Departamenti hadisə ilə bağlı şəxsi qənaətini açıqlamır. 

Qərb liderləri arasında terror versiyasını ilk dəfə dilə gətirən Britaniya baş naziri Devid Kameron olub.  

Qeyd edək ki, İŞİD hələ ilk günlərdən Misirdən Sankt-Peterburqa uçan və içərisində 224 sərnişin olan təyyarəni onların partlatdığını bildirmişdi.

Misir və Rusiya hökumətləri isə bunu İŞİD-in təbliğatı və manipulyasiya adlandırır.