XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

06 May 2017 - 17:09

Çexiyada siyasi böhrangərginləşir

Baş nazir Boquslav Sobotka istefa vermək qərarını dəyişib. Buna səbəb Çexiya Prezidenti Miloş Zemanın Çexiya Respublikasının Konstitusiyasını özünəməxsus tərzdə şərh etməsidir. Prezident Zeman hesab edir ki, hökumət istefa verəcəyi təqdirdə yalnız Baş nazir öz vəzifəsindən getməlidir.

B.Sobotkanın fikrincə, Konstitusiyanın bu cür şərh edilməsi hökumət böhranına səbəb olmuş problemi həll etmir. Sobotka növbəti dəfə bildirib ki, yaranmış böhranın səbəbi Baş nazirin müavini və maliyyə naziri Andrey Babişin adı ilə bağlı maliyyə qalmaqallarıdır. Buna görə də Sobotka Baş nazirin müavini Andrey Babişin öz vəzifəsindən geri çağırılması barədə öz təklifini hələ cümə günü, mayın 5-də Praqa Qradına göndərib. Sobotka ümid edirdi ki, dövlət başçısı Babişin istefası barədə onun xahişini təmin edəcək. Prezident Administrasiyasının mətbuat katibi İrji Ovçaçekin sözlərinə görə, “Baş nazir hər saat fikrini dəyişir, buna görə də Miloş Zeman hökumət başçısının öz son qərarını da dəyişib-dəyişməyəcəyini gözləməyə üstünlük verir”. Ovçaçek sonradan bildirib ki, Prezident Babişin geri çağırılması barədə təkliflə mayın 8-də ətraflı tanış olacaq və ən tezi Çindən qayıdandan sonra bu məsələyə dair qərar qəbul edəcək.

Miloş Zemanın Çinə rəsmi səfəri mayın 18-də başa çatacaq.

Mayın 5-də səhər Praqa Xalq Evində Çexiya Sosial-Demokrat Partiyasının (ÇSDP) ali rəhbərliyi üzvlərinin iştirakı ilə məhdud tərkibli danışıqlar zamanı partiya üzvləri hökumət böhranı dövründə sonrakı birgə addımlar barədə razılığa gəliblər. Bu barədə jurnalistlərə ÇSDP rəhbərinin müavini və xarici işlər naziri Lyubomir Zaoralyok məlumat verib(azərtac).