XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

06 May 2017 - 18:23

“HƏMAS”a yenirəhbər seçilib

“HƏMAS” təşkilatı siyasi bürosunun yeni başçısı İsmayıl Həniyyə seçilib.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, o, bu postda Xalid Məşəli əvəz edib.

“HƏMAS” siyasi bürosu sədrinin müavini Mus Əbu Marzuk və təşkilatın aparıcı fiqurlarından olan Məhəmməd Nazal da bu posta namizəd olublar.

İsmayıl Məşəl 1996-cı ildən təşkilata sədrlik edib. Qurumun nizamnaməsinə görə, o, namizədliyini yenidən irəli sürə bilməz. Xalid Məşəl hazırda Qətərin paytaxtı Dohada yaşayır. Fələstinin Qəzza zolağında keçirilən toplantıya o, “telekörpü” vasitəsi ilə qatılıb.

Qeyd edək ki, İsmayıl Həniyyə 1963-cü ildə Qəzza zolağında, Şati qaçqın düşərgəsində anadan olub. 1987-ci ilə Qəzzadakı İslam Universiteteinin ərəb dili ədəbiyyatı fakültəsini bitirib. O, 2006-20116-cı illərdə Qəzzadakı hökumətə başçılıq edib.