XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 May 2017 - 19:49

Yunan tennisçi ömürlükdiskvalifikasiya olunub

Yunan tennisçi Konstantinos Mikos danışılmış oyunların təşkili və bukmeker kontorlarında mərc etmək qadağasını pozduğuna görə ömürlük diskvalifikasiya olunub.

“Report” xəbər verir ki, bu barədə “Eurosport” məlumat verib.

Tennisdə Korrupsiyanın Araşdırılması üzrə Komissiyanın məlumatına görə, idmançı həmyerlisi Aleksandros Yakupoviçə 2013-cü ildə keçirilən oyuna və setlərdə lazımi hesaba görə pul ödəyib. Ardınca isə Mikos bukmeker kontorlarında iki əkkauntdan mərcə pul yatırıb.

Qeyd edək ki, Yakupoviç də tennisdən ömürlük kənarlaşdırılıb.