XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 May 2017 - 09:27

Konstantin Kosaçev:"BMT ABŞ-a BMT TŞ-nın qərarlarına nəzarət etmək üçün səlahiyyət verməyib”

ABŞ-ın Rusiyanın Uzaq Şərqdəki limanlarına nəzarəti döyüşə səbəb olacaq.

Bu sözləri Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Konstantin Kosaçev deyib. Onun sözlərinə görə, ABŞ Rusiyanın Uzaq Şərq bölgəsi olan Primoryedəki limanlarına nəzarətə davam etdirsə, savaş qaçılmazdır:

“Bu, hər şeydən öncə, beynəlxalq hüquqa ziddir. Heç bir ölkə və beynəlxalq təşkilat, xüsusilə, BMT ABŞ-a BMT TŞ-nın qərarlarına nəzarət etmək üçün səlahiyyət verməyib”.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş qanunda ABŞ administrasiyasının Şimali Koreyaya qarşı sanksiyalar tətbiq etmək üçün Rusiyaya məxsus "Vladivastok", "Naxodki" və "Vanino" limanlarını nəzarətə götürməsi əksini tapıb.

Sənəddə Rusiya limanları ilə yanaşı, Çin, İran və Suriyanın liman şəhərlərinin də adları qeyd edilib. (Axar.az)