XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

06 Noyabr 2015 - 14:18

İngiltərədən Misirə ikinci zərbə

 

İngiltərə Şarm əl-Şeyxdəki turistlərini geri çağırıb.

Strateq.az xəbər verir ki, rəsmi məlumatda bu çağırışın səbəbi Sinay yarımadasındaki İŞİD təhlükəsi ilə izah olunub. çağırış çərçivəsində 20 mindən artıq turistin istirahətlərini yarımçıq kəsərək geri qayıdacağı güman olunur.

Qeyd edək ki, dünən İngiltərə Sinaya təyyarə uçuşlarına qadağa qoymuşdu. Bu gün isə yarımadadakı vətəndaşlarını geri çağırmaqla onun Misir iqtisadiyyatına ağır zərbə vurmaq istədiyi güman olunur.

Maraqlıdır ki, bu qərarlar Misir prezidenti Sisinin İngiltərə ziyarəti zamanı verilib. Sisinin dünən başlatdığı rəsmi səfəri davam edir.

Mövzuyla əlaqədar aşağıdakı linkə baxa bilərsiniz:  

Təyyarə qəzasının izləri: Misir çöküşə sürüklənir

Strateq.az