Rusiya da Sinaya təyyarə uçuşlarına qadağa qoyub.
Strateq.az-ın məlumatına görə, bunu Rus Hava Yolları açıqlayıb.
Bu zamana qədər İngiltərə və ABŞ Sinay yarımadasında qəzaya uğrayan rus təyyarəsinin İŞİD tərəfindən vurulduğunu iddia edərək, Şarm əl-Şeyxə uçuşları dayandırmışdı. İddianı təkzib edən Rusiya isə onları Misirə qarşı spekulyasiya ilə məşğul olmaqda qınayırdı. İndisə Moskvanın özünün bənzər qərara imza atması xeyli təəccüblü görünür və hadisədə İŞİD barmağının olduğunu təsdiqləyir.
Verilən məlumata görə, Misirin tətil şəhərlərində hal-hazırda 45 mindən artıq rusiyalı turist var. Moskvanın bu qərarından sonra onların necə evlərinə dönəcəkləri maraq doğurur.