"Sunday Times" qəzeti Britaniyanın ən varlı adamlarının reytinqini müəyyənləşdirib.
Siyahıda birinci yeri Şri və Hopi qardaşları tutur. Əslən Hindistandan olan, "Hinduja Group"a rəhbərlik edən qardaşların sərvəti 21 milyard dollardır.
İkinci yerdə Ukraynada doğulan amerikalı Leonard Blavatnik gəlir ki, onun sərvəti 20,7 milyard dollardır.
Devid və Saymon Ruben qardaşları 18,1 milyardlıq sərvətlə siyahının üçüncüsüdü.
Siyahıda müğənni Adel, "Harri Potter"in yazarı Coan Roulinq və "Çelsi" klubunun sahibi Roman Abramoviç də var.