XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

07 May 2017 - 17:39

Putin-Ərdoğan görüşü:Qırmızı qalstukun sirri

"Rusiya lideri Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə qırmızı qalstuk taxması diqqətçəkiən məqamdır".

Bu sözləri rusiyalı jurnalist Andrey Norkin NTV-nin “Mesto Vstreçi” (Görüş yeri) siyasi-analitik verilişində çıxışı zamanı deyib.

O, Putinin Ərdoğanla görüşünün Almaniya kansleri Merkellə görüşdən fərqli atmosferdə keçdiyini bildirib:

“Bəli, Putin gülümsəyir. Hər ikisi də rahatdır. Ərdoğan kresloda rahat oturur. Merkel-Putin görüşündən fərqli mənzərə var”.

Bundan əlavə, “Superomsk.ru” saytının araşdırmasına görə, Putin xüsusi önəm kəsb edən görüşlərə qırmızı qalstukla gedir:

“Qırmızı qalstuk iqtidarı və gücü simvolizə edir”.

“Rusposters.ru” saytında yayımlanan məqalədə isə Kreml rəhbərinin son 5 ildə yalnız 11 tədbirə qırmızı qalstukla getdiyi bildirilib. (Axar.az)