XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

06 Noyabr 2015 - 18:12

Türk ordusu “girilməz bölgə”yə girdi, PKK çökdürüldü – Genişmiqyaslı əməliyyat
 
Türkiyə Silahlı Qüvvələri ölkənin Hakkari ilə Yüksəkova bölgələri arasında  dəniz səviyyəsindən 2500-3500 metr yüksəlikdə yerləşən Buzul Dağında antiterror əməliyyatı keçirib.
 
Antiterror əməliyyatı nəticəsində 119 terrorçu öldürülüb. Terrorçularla atışmada 6 əsgər şəhid olub. 2-3 gün davam edən əməliyyat nəticəsində Buzul Dağı bölgəsi terrorçulardan təmizlənib. Həmin ərazi terrorçu PKK-nın əsas bazalarından sayılırdı. Bu yerlərə “girilməz bölgə” adı da verilmişdi.
 
Terrorçuların istifadə etdiyi mağaralardan “Doçka” adlı 5 zenit qurğusu da daxil olmaqla 39 ağır silah və bu silahlara aid on minlərlə sursat aşkarlanaraq, götürülüb.
 
Xəbərdə bildirlib ki, bu yüksəkliyin terrorçulardan təmizlənməsi təhlükəsizlik baxımından bölgədəki polis məntəqələri üçün böyük əhəmiyyət daşıyır.
 
Qeyd edək ki, 2500-3500 metr yüksəkildə 15 dərəcə şaxtalı hava şəraitində keçirilən əməliyyat sentyabrın 27-də başlayıb. Bu müddət ərzində terrorçuların sığınacaq yerləri, mağaraları, ərzaq anbarları məhv edilib (report.az).