XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 May 2017 - 03:26

ABŞ ordusunun komandanı təsdiqlədi:İŞİD-in Əfqanıstandakı lideri öldürülüb

Əfqanıstan və ABŞ hərbçilərinin keçirdiyi birgə əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının Əfqanıstandakı lideri Abdul Xasib məhv edilib.

APA-nın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ ordusunun Əfqanıstandakı komandanı, general Con Nikolson bəyan edib.

“Bu uğurlu əməliyyat İŞİD-in məhvi yolunda növbəti addımdır”, – deyə C.Nikolson qeyd edib.

Bundan əvvəl İŞİD liderinin məhv edildiyini Əfqanıstan prezidenti Əşrəf Qəni bəyan etmişdi.