Rusiya Prezidenti Vladimir Putin öz keçmiş rəhbəri, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin 80-ci illərdə Almaniya Demokratik Respublikasının Dövlət Təhlükəsizlik Nazirliyindəki eks-nümayəndəsi olmuş Lazar Matveyevin qonağı olub.
Matveyevin evinə gələn Putin özünün keçmiş rəisini 90 yaşı münasibəti ilə təbrik edib. O, Matveyevin evinə ADR-dəki keçmiş kolleqaları olan “Transneft” şirkətinin rəhbəri Nikolay Tokarev və “Rostex” korporasiyasının rəhbəri Sergey Çemezovla birgə gəlib. Putin eks-rəisinin şərəfinə badə qaldıraraq, ona prezident saatı və “Pravda” qəzetinin 1927-ci il buraxılışını bağışlayıb.
Qeyd edək ki, Putin 1985-1990-cı illərdə ADR-də DTK nümayəndəsi kimi çalışıb. O, podpolkovnik rütbəsinə və şöbə müdiri vəzifəsinə qədər yüksəlib.