XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

03 Aprel 2015 - 06:38

ABŞ ərəb koalisiyasına yardım edəcək

Yanacaq təchizatı Yəmənin hava məkanından kənarda baş tutacaq

Pentaqon Amerika HHQ-nə Yəməndəki qiyamçı husilərə qarşı vuruşan ərəb koalisiyasının təyyarələrini havada yanacaqla doldurmağa icazə verib.

Strateq.az xarici mətbuata isnadən bildirir ki, bununla belə, Pentaqonda gözləyirlər ki, əsas iştirakçı – Səudiyə krallığı yardıma görə Vaşinqtona pul ödəyəcək.

Yanacaq təchizatı Yəmənin hava məkanından kənarda baş tutacaq.

ABŞ hökuməti əvvələr bildirmişdi ki, koalisiyaya logistik (maddi-texniki –red.) və kəşfiyyat yardımı göstərəcək.

Yəməndə artıq bir həftədir ki, prezident Mənsur Hadyə loyal ordu Səuidiyə Ərəbistanı və Fars körfəzinin digər ərəb ölkələrinin dəstəyi ilə husilərin ölkədə tutduğu böyük bir əraziyə nəzarəti geri qaytarmaq cəhdi ilə hərbi əməliyyat aparır.